Xocalı Soyqırımı - Milli Güç

Reklamlar

loading...

Xocalı Soyqırımı

1991-ci ilin sonu və 1992-ci ilin əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi hərbi mərhələyə qədəm qoydu. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranan siyasi qeyri-sabitlikdən yararlanan Ermənistan xarici hərbi yardımlardan istifadə edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarına başladı.

1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə qırıldı və ya əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı
piyada alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23,757 nəfər əhalisi olan və ümumi ərazisi 0,94 kvadrat kilometrə çatan kiçik bir şəhəri-Xocalını istila etdilər.

Dəhşətli gecə başlamazdan əvvəl şəhərdə qalan xocalı sakinləri (təxminən 2500 nəfər) hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazilərə gedən yolu tapmaq ümüdiylə öz evlərini tərk etməyə cəhd etdilər. Bu planlar da uğursuzluqla nəticələndi. İşğalçılar Xocalını dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı qırğın
törətdilər.

Xocalının yüzlərlə günahsız sakininin qəddar şəkildə məhv edilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ətrafında və daxilində baş verən silahlı münaqişə zamanı ən mənfur cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi bölmələr Xocalıdan və ətraf ərazilərdən qaçıb gedə bilməyən insanların heç birini
sağ qoymadılar. Nəticədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bugünədək naməlum qalıb.

Faciə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 uşağın isə hələ heç yaşı tamam olmamışdı. 6 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki
valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri
xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq,
gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürüldü.
Erməni rəsmiləri münaqişə zamanı Xocalı əhalisinə qarşı törətdikləri cinayətlər də daxil
olmaqla, münaqişə zamanı törətdikləri cinayət faktlarını saxtalaşdırmaqla və öz
versiyalarını uydurmaqla nəinki reallıqdan tamamilə uzaq olan həm də sadə məntiqə
sığmayan şərhlər verməklə öz iştiraklarını inkar edirlər. Bütün bunlara baxmayaraq,
hətta ən mahir təbliğat belə ermənilər tərəfindən irəli sürülən fikirlərə tamamilə əks olan
və real vəziyyəti göstərən faktları təkzib edə bilməyəcək. Azərbaycan Respublikasının
hüquq-mühafizə orqanlarının əlində olan mühüm məlumatlardan əlavə, Ermənistanın
məsuliyyəti və iştirakı bu faciənin şahidləri və bir sıra azad mənbələr tərəfindən
sənədləşdirilib.
Xocalı soyqırımı şahidlərin gözü ilə
Elşad Allahverdi oğlu Ağayev:
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalının işğalından sonra mən ailəmlə
birlikdə şəhəri tərk etməli oldum. Atışma zamanı biz biri-birimizi itirdik. Daha sonra mən
onları axtarmağa başladım və yalnız Ağdam rayonunun Qaraqaya adlı qəsəbəsində
ayağından yaralanan bacım Dürdanəni tapa bildim.
1992-ci il fevralın 26-sı saat 8:00-9:00 radələrində, ermənilər atəş açdılar və biz xilas
olmaq üçün 5-6 nəfərlə Qaraqayadakı xəndəklərdə gizləndik, lakin onlar bizi
mühasirəyə aldılar və əsir götürdülər. Təhqirlər yağdıraraq və pulemyotun lüləsi, taxta
və dəmir parçaları ilə bizi vuraraq Əsgərandakı magistral yola qədər piyada getməyə
məcbur etdilər. Ermənilər daş və taxta parçaları atır və başımızın üzərindən atəşlər
açırdılar. Onlar mənə və bacım Dürdanəyə yarım saat işgəncə etdikdən və incitdikdən
sonra bizi Əskəran Polis Şöbəsinin təcridxanasına gətirdilər və insanlarla dolu zirzəmiyə
atdılar. Burada onlar bizə daha da qəddarlıqla işgəncələr verdilər. İşgəncələr edilərkən
onlara həmin şöbədəki Yanğından mühafizə şöbəsinin rəisi – əslən erməni olan Karo
rəhbərlik edirdi. Hərbi geyimdə olan Karo və digər ermənilər zirzəmidəki insanları
dəyənək, pulemyotun lüləsi, taxta və dəmir parçaları ilə döyür, qadınları saçından tutub
dəhlizlərdə sürüyür, onları zorlayır və ayrı zirzəmilərə atırdılar.
1992-ci il fevralın 26-sında saat 12.00 – 13.00 radələrində 7-8 nəfər hərbi geyimdə olan
sərxoş erməni zirzəmiyə daxil oldu və Zülfünü, Elxanı, Nəsibi, Xaqanini və adlarını
xatırlamadığım 30-40 nəfər Xocalı və Qaradağlı kəndinin sakinlərini döydülər. Bir
erməni mənim ağzıma AKM pulemyot lüləsi ilə vurdu və üst dodağımı partlatdı. Həmin
zədələnmənin nəticəsi olaraq hələ də çapıq üzümdə qalır. Xocalı sakini olan traktor
sürücüsü Hüseyn ermənilər tərəfindən döyüldükdən sonra ağlını itirdi, o, daim gülürdü
və bu səbəbdən də onlar onu oradaca öldürdülər. Ermənilər biləndə ki, digər Xocalı
sakini Elxan “Alazan” atıcısıdır, onlar onun qarnını bıçaqla kəsdilər və sonra isə onu
harasa apardılar. Daha sonra biz eşitdik ki, Elxan aldığı bıçaq yaralarından ölüb. Onlar
gənc oğlan Xaqanini də harasa apardılar və o vaxtdan bəri biz onun haqqında heçnə
eşitməmişik. Onlar pulemyotçu Natiqi də harasa apardılar.
Yadımdadı, 1992-ci il fevral ayının 27-də mən həmin şöbənin zirzəmisinə gətirildim.
Burada Karonun təlimatlarını yerinə yetirən ermənilər insanları soyundurdular və onları
şüurlarını itirənədək dəmir parçaları ilə döyməyə başladılar. Həmin gecə onlar həmçinin
məni də döydülər, lakin döyməyə başlamazdan əvvəl mən oraya çörək mağazasında
işləyən Mobil adlı gənc oğlanın gətirildiyini gördüm. Karo odlu silahla Mobilin ayağından
vurdu və o yıxıldı. Daha sonra onlar yenidən onu döyməyə başladılar. Daha sonra onun
başına nə gəldiyini bilmirəm. Düşünürəm ki, onu öldürdülər.
Ermənilər kəlbətinlə İlqarın sifətinin bir tərəfindən saqqalını qopartdılar, digər tərəfi isə
tüklü qoydular və daha sonra onu təhqir etməyə və ələ salmağa başladılar. Karonun
təlimatlarını yerinə yetirərək bizə nə su, nə də çörək verirdilər.
1992-ci il mart ayının 1-də polis şöbəsinin həyətində Karo Şahməlinin oğlu Faiqi
Gəncənin adını “Kirovabad” kimi demədiyi üçün güllələdi. Mən özüm bu hadisənin
şahidi olmamışam, lakin bu barədə adlarını xatırlamadığım Xocalı sakinlərindən
eşitmişəm. Mən Karo və onun köməkçiləri bizimkinə bitişik olan zirzəmidə Faiqə
işğəncələr verərkən onun qışqırıqlarını eşidirdim. O, çox cəsur bir insan idi və erməniləri
qəddarlıqlarına görə təhqir etdiyi üçün onlar Faiqə daha çox əzab verməyə başladılar.
1992-ci ilin martında onlar məni, bacım Dürdanəni və Xocalıdan olan iki nəfər 12-13
yaşlı tanımadığım qızı UAZ markalı maşına mindirdilər və Azərbaycan ərazisinə
gətirdilər.
Yaşar Şahməli oğlu Əliməmmədov:
1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə, Xocalının işğalından sonra mən
həyat yoldaşım Səidə, 6 yaşlı oğlum Sirac, atam Şahməli, əmimqızı Səadət və digər
qohumlarımla bərabər şəhəri tərk etməli oldum. 1992-ci il fevral ayının 27-si saat 10:00-
11:00 radələrində silahlanmış ermənilər bizi mühasirəyə aldılar və Pircamal kəndi
yaxınlığında əsir götürdülər. Onlar kisələri başımıza keçirdilər və maşınla harasa
gətirdilər. Kisələri başımızdan çıxaranda biz mal-qara, eşşək və qoyunların saxlanıldığı
bir tövlədə olduğumuzu gördük. Orada qadınlar, yaşlılar, oğlum, qaynatam Cəmil,
qardaşım Faiq və digərləri də daxil olmaqla 200-300 nəfər Xocalı sakini gördüm. Daha
sonra onlar tövləyə qardaşım Namiqi də gətirdilər. Ermənilər pul, qızıl, zinət əşyaları və
digər dəyərli əşyaları insanlardan alaraq böyük bir küpə yığdılar və bu pula silah
alacaqlarını və həmin silahlarla da bizi öldürəcəklərini dedilər.
Həmin gün, saat 16:00 – da həm hərbi həm də mülki geyimdə olan 20 nəfər saqqallı
erməni nəfəri armatur parçaları, taxta və pulemyot silahları ilə tövləyə daxil oldular, bizi
qruplara böldülər və başımıza, kürəyimizə və ayaqlarımıza qəddarcasına vurmağa
başladılar. Onlar insanları biri-birinin üzərinə itələyirdilər. İnsanların qabırğaları, dişləri
və başları zədələnmişdi. Onlar kəlbətinlə qızıl dişləri çıxardırdılar. Onlar pulemyot
silahın lüləsi ilə mənim burnumdan vurdular və burnum sındı. Ağrıdan huşumu itirdim və
sonra özümə gələndə bir müddət heçnəyi görə bilmədim. Bizi qəddarcasına döydükdən
və odlu silahlarla hədələdikdən sonra, onlar saatlarla bizi ayaq üstündə durmağa, torpaq
və mal-qara təzəyini yeməyə məcbur etdilər.
1992-ci il mart ayının 1-də onlar bizi Əsgəran Polis Bölməsinə gətirdilər və orada
Yanğından Mühafizə Xidmətinin rəhbəri işləmiş polis nəfəri Karo ilə qarşılaşdıq. Karo
mənə öləcəyimi dedi. Onlar bizi müvəqqəti bir sığınacağa yığdılar və üst-başımızı
axtarmağa başladılar. Karo mənə, Elxana və İsaya zirzəmidə qalmağı əmr etdi,
digərlərini isə göndərdi. Oğlum mənim yanımda qalmaq üçün ağlamağa başlayanda,
Karo onu qəddarlıqla döydü. O, məni tapançanın lüləsi ilə vurub yıxdı və
10-12 saqqallı erməni nəfərinə məni dəyənəklə vurmağı əmr etdi. Bu zərbələrdən
huşumu itirdim. Özümə gələndə Elxan onların məni huşumu itirdikdən sonra da 50 dəfə
dəyənəklə döydüyünü söylədi. 1992-ci il martın 2-si səhər vaxtı onlar bizi buraxdılar.
Əsirlikdən qayıtdıqdan sonra mən Əsgəran Polis Bölməsində girov saxlanılan Xocalı
sakinləri Valeh, əmim Məmməd, Cəmil, Canan (hal-hazırda o vəfat edib), İlqar, İlham (o
da indi dünyasını dəyişib), Dürdanə (o, Xocalıdakı poçt idarəsində telefon operatoru
vəzifəsində çalışırdı) və onun qardaşı Elşaddan Faiqin başına gələnləri eşitdim. Belə ki,
onların dediklərinə əsasən, guya Karo qardaşım Faiqin harada təhsil aldığını
soruşubmuş. O, “Gəncə” cavabını verəndə, Karo ona “Kirovabad” deməyi əmr etsə də,
qardaşım yenidən “Gəncə” adını söyləyib. Daha sonra Karo Faiqdən soruşub: “Qarabağ
kimə məxsusdur?”, Faiq cavab verib: “Qarabağ bizə məxsusdur”. Bundan sonra Karo
silahını götürüb və Polis Şöbəsinin həyətində ona sinəsindən və boğazından atəş
açaraq oradaca öldürüb.
Hal-hazırda mən əsirlikdə olarkən məruz qaldığım zədələrə görə ikinci qrup əliləm.
Zülfü İbrahim oğlu Məmmədov:
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər Xocalı şəhərini mühasirəyə
aldılar və bombaladılar. Ailəmlə birlikdə mühasirədən çıxmağa çalışsaq da, ermənilər
bizi əsir aldılar və zirzəmiyə saldılar. Orada 25-dən çox həmyerlim var idi. Ermənilər
bizə hər gün işgəncələr verərək döyürdülər; bəzilərimiz öldürüldü, bəziləri güllələndi,
qalanlarının da başı kəsildi. Aşağıdakı hadisələri xatırlayıram:
1. 1960-cı il təvəllüdlü Səlimov Fəxrəddin Bahadir oğlu – bir erməni onu başından
pulemyotun lüləsi ilə vuraraq öldürdü.
2. 1962-ci il təvəllüdlü Elxan Nəsib oğlu – ermənilər onu zirzəmidən çıxardılar və
güllələdilər.
3. 1968-ci il təvəllüdlü Mobil – ermənilər pulemyotun lüləsi və dəyənəklə onu vuraraq
qəddarcasına qətlə yetirdilər.
4. 55 yaşlı Hüseyn (anasının adı Mariş idi) – ermənilər bizimkinə bitişik olan zirzəmidən
onu çıxardılar, qəddarcasına döyməyə və güllələməyə başladılar.
5. 1965-ci il təvəllüdlü Vidadi və 1974-cü il təvəllüdlü Mürvət- zirzəmidən çıxarıldıqdan
sonra ermənilər onun boynunu vurdular.
6. Qonşum 1969-cu il təvəllüdlü Faiq Şahməli oğlu – erməni kapitanı Karo tərəfindən
güllələndi.
Biz Xocalıda olan zaman Karo cəllad kimi tanınırdı. O, yanğından mühafizə şöbəsinin
rəisi idi. Karo ucaboy, enli kürək və qara bığlı bir adam idi.
İlqar Niyaz oğlu Abışov:
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər Xocalını mühasirəyə aldılar və
bombaladılar. Biz o vaxt növbətçi idik. Ermənilərlə qarşılıqlı atışmalar gedən zaman
əmimoğlu Elşad başından güllə yarası aldı. Anam, dörd qardaşım, əmim nəvələri Zahir,
Elmar və onu övladları Klos, Mobil, Güleyşə və mən Əsgəran yaxınlığında mühasirəyə
alınmışdıq. Biz Əsgəran polis bölməsinə gətirildik və ordan qaçmağa çalışan zaman
onlar əmim nəvəsinə arxadan atəş açdılar. Onlar pulemyot lüləsi və dəyənəklə bizi
döyərək və təpikləyərək işgəncələr verirdilər. Polis nəfəri Karo mənə daha ağır
işgəncələr verdi. Natiq, Mehman və Arif biz oraya gətirilən zaman şöbədə idilər. Onlar
da işgəncələrə məruz qalmışdılar. Təxminən 8 gün sonra onlar bizi Qala adlanan yerə
gətirdilər və yenidən qəddarcasına döydülər. Orada Mirzə, Yunus, Hüseyn, İbrahim, Əli,
qardaşım İlham, Səadət və Qaradağlıdan olan iki nəfər şəxs də var idi. Onlar bizi
Allahverdi Bağırovun köməyi ilə mübadilə etdilər.
Məmməd Cümşüd oğlu Məmmədov:
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, Xocalının ermənilər tərəfindən işğalından
sonra mən rayonun sakinləri ilə birgə oradan çıxmalı idim. Canan Orucov, Faiq
Əliməmmədov, Kamil Məmmədov, Kamal, İsa, İlqar Abışov, Yaşar Əliməmmədov,
Məhəmməd Məmmədov və adlarını unutduğum bir qrup adam meşədə gizləndik və
1992-ci ilin fevral ayının 28-dək orada qaldıq. Həmin gecə ermənilər məni əsir aldılar və
Naxçıvanikdə bir fermaya gətirdilər. Orada məni əsir aldıqdan sonra Məmmədin
öldürüldüyünü eşitdim, lakin digər girov alınan şəxslər hələ də orada saxlanılırdılar.
Karo Babayan bizi əsir alanlara başçılıq edirdi. O, yanğından mühafizə şöbəsinin rəisi
və polis kapitanı idi. Babayan orada saxlanılan insanlara işgəncələr verirdi. Bizimlə
bərabər qadınlar və uşaqlar da əsir alınmışdılar. 1992-ci il mart ayının 14-də onlar 21
əsiri Əsgəran polis şöbəsinin passport bölməsinə yığdılar. Karonun qrupundan olan
erməni əsgərləri həmin bölmədə bizi döyürdü. Həmin gündən sonra onlar bizi geri
Azərbaycana göndərdilər. Bizi göndərməzdən əvvəl Karo Babayan Faiq Əliməmmədovu
şöbənin həyətində öldürdü. Qardaşım Cəmil Cümşüd oğlu Məmmədov da bu faktı
təsdiqləyə bilər.
Valeh Sahib oğlu Hüseynov:
1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə, saat 23:00 – da Xocalının işğal
edildiyini gördükdən sonra arvadım Səadət, əmim Zəkəriyyə Quliyev, onun həyat
yoldaşı Şura, onların oğlu Əkbər, Taleh və nəvələri Sevinc və Samir Əsgərana doğru
qaçmağa başladılar. Biz Şelli və Dəhra kəndləri arasında olduğumuz zaman ermənilər
bizi mühasirəyə aldılar və atəş açdılar. Biz müxtəlif istiqamətlərə qaçaraq gizlənməyə
çalışırdıq. Daha sonra biri-birimizi itirdik. Şelli kəndinə çatanda mən qaçıb xilas olan
şəxslər arasında arvadımı tapdım və onun gizləndiyi yerə getdim. Orada adlarını
tanımadığım 13-14 nəfər Xocalı sakini, eləcə də Səlim, Dürdanə, Səidə və Elşad da
vardı. Bizim güllələrimiz bitdikdən sonra ermənilər bizi əsir aldılar. Həyat yoldaşım güllə
yarasından vəfat etdi. 1992-ci il fevralın 26-sı bizi Əsgərana gətirdilər. Onlar bizi
yolumuzun üstündəki Qarqar çayının soyuq suyuna salırdılar. Səhər saat 10:00 da bizi
13-14 nəfərlə birgə Əsgəran polis şöbəsində yerləşdirdilər. Kişiləri və qadınları ayırıb
döyməyə başladılar. Mən eyni zirzəmidə qaldığım Elxanı, Natiqi, Səlimi,Vasifi, İlqarı,
Səadəti (hal-hazırda onlar vəfat edib), İntizamı və Mehmanı xatırlayıram. Hər zirzəmidə
15-20 nəfər girov saxlanılırdı. Həmin axşam polis şöbəsində yanğından mühafizə
bölməsinin rəhbəri və digər saqqallı ermənilərə başçılıq edən Karo məni, Elxanı, Səlimi,
Hüseyni və Natiqi zirzəmiyə salmağı əmr etdi və onlar bizi qəddarcasına pulemyotun
lüləsi, stulun ayaqları və dəyənəklə döydülər. Bizimkinə bitişik olan zirzəmidən də
nalələr eşidilirdi. Beləliklə, biz ermənilərin orada saxlanılan qadınları döydüyünü,
zorladığını və təhqir etdiklərini anladıq. 1992-ci il fevral ayının 28-də saat 16:00 – 17:00
radələrində onlar məni və Elxanı Karonun işgəncələri üçün hazırlanmış xüsusi otağa
gətirdilər və orada baş barmağımın dırnağını dartıb çıxartdılar və barmaqlarımı qırdılar.
İşgəncələr zamanı mən bir neçə dəfə huşumu itirdim. Martın 1-i Karo və digər saqqallı
ermənilər zirzəmiyə daxil oldular və hər kəsi döydülər. Karonun təlimatlarını yerinə
yetirən bir erməni öz bıçağını çox dərindən yaralamadan Elxanın sinəsinə batırsa da o
ölmədi. İki saat sonra Karo Elxanı, Natiqi və (adlarını xatırlamadığım) iki şəxsi harasa
apardılar və mən onların başına daha sonra nə gəldiyini bilmədim. Daha sonra Karonun
Səlimi, Hüseyni, Arazı, Vasifi zirzəmidən çıxardığını və güllələdiyini öyrəndim. O, bizi
həmin gün saat 20:00 və 21:00 radələrində yenidən döymək üçün apardığı zaman adı
Faiq olan bir nəfəri güllələdi. 1992-ci il mart ayının 22-də onlar bizi Azərbaycana geri
gətirdilər və 3 erməni ilə dəyişdilər.
Yusif Müseyib oğlu Kərimov:
1992-ci il fevralın 25-dən əvvəl mən Xocalıda ailəm, yəni yoldaşım İltima Möhtərəm qızı
Kərimova, oğlum Alqayıt və qızlarım Aynurə, Aygün və Yeganə ilə yaşayırdım. 1992-ci il
fevralın 25-dən 26-sına keçən gecə Xocalı işğal olundu. Həmin an mən dəmir yolunun
yaxınlığında pulemyotla növbədə dayanmışdım. Evə qayıdanda ailəmi orda görmədim.
Əksəriyyətinin qadınlar və uşaqlar olduğu 20-25 nəfər rayon sakinini və ailəmi
gördüyüm Qarqar çayı istiqamətində getdim. Həmin andaca ermənilər bizi mühasirəyə
alaraq güllələdilər. Mən də atəş açdım, lakin pulemyotun qundağı çox qızdığından və
parçalara bölündüyündən onu çaya atdım. Ermənilər məni sağ budumdan vurdular və
əsir aldılar. Onlar aralarında bir neçə rusun olduğu, lakin adlarını bilmədiyim saqqal
şəxslər idi. Pulemyotun lüləsi və taxta parçaları ilə bizi qəddarcasına döydükdən sonra
piyada getməyə məcbur etdilər və Xocalıda bir mağazaya yığdılar. Onlar həmçinin
başqa insanları da ora gətirdilər. Orada təxminən 30 nəfər adam vardı. Hüseyn Sarıyev,
Həsən Həsənov, Ələsgər və Şərqiyyəni və onların qızları Alimə və İradəni xatırlayıram.
1992-ci il fevral ayının 26-da onlar bizi bir avtobusa yığdılar və Xankəndindəki lal
insanlar üçün olan məktəbə gətirdilər. Adlarını bilmədiyim ermənilər bizə dəhşətli
işgəncələr verdilər. Bir erməni pulemyot silahın lüləsi ilə vuraraq alnımı partlatdı. Onlar
Şərqiyyənin 24 yaşlı qızı İradəni soyunduraraq, ona təcavüz etdilər sonra isə döyməyə
başladılar. Ermənilər mənim yoldaşım İltiması da cinsi zorakılığa məruz qoydular və onu
çirkinləşdirmək üçün saçlarını kəsdilər. Ermənilər mənim 6-7 yaşlı uşaqlarımı beton
döşəməyə çırpdıqlarından, övladlarım hələ də başağrısından əziyyət çəkir.
Daha sonra ermənilər məni yoldaşımdan ayırdılar və zirzəmiyə ataraq dəhşətli
işgəncələrə məruz qoydular. Mənim soldan dörd qabırğam zərbədən çatladı. Bir erməni
bıçağı sol çiynimə batıraraq, sinəmdən çıxardı və bir parça kağızı alovlandıraraq saçımı
yandırdı və daha sonra zirzəmiyə atdı. Orada mən gücdən düşərək inildəyən həyat
yoldaşımı, uşaqlarımı, digər kişi və qadınları gördüm.
1992-ci il martın 5-də onlar məni ailəmdən ayırdılar və Hüseyn, Elbrusla birgə Xankəndi
polis təcridxanasına gətirdilər. Burada biz Əsgəran polis bölməsinin rəhbəri Ağacanyan
tərəfindən döyüldük. Gözlərimizin qarşısında onlar Xocalı sakini Məmmədəlinin oğlunu
öldürdülər. Bir həftə sonra onlar digər Xocalı sakinləri Canahat, Əlif Hacıyevin atası Lətif
Məmmədovu, Qayimi, Kamil Hüseynovu, Əbülfəti, Əlini və onun oğlu Nəbini oraya
gətirdilər. Onlar orada da bizə işğəncələr verdilər.
1992-ci il aprelin 16-sı onlar məni və Kamili Xankəndi rayonunda Xanbağı adlanan yerə
gətirdilər və orada 5 gün rus əsgərləri ilə birgə bizi döydü, təhqir etdi və işğəncələr
verdilər.
1992-ci il aprelin 20-də onlar bizi Yerevana və bundan sonra isə Goris və Mehriyə
gətirdilər. Orada bizi daima döyüldüyümüz və təhqir olunduğumuz zirzəmidə saxladılar.
1992-ci il iyulun 24-də onlar məni və Kamil Hüseynovu Qubadlı bölgəsinə gətirdilər və
azad etdilər. May ayında ailə üzvlərimi dəyişdilər.
Əsirlikdə qaldığım zaman aldığım zədələrə görə görmə qabiliyyətim pisləşdi və indi Göz
Xəstəlikləri İnstitutunda tibbi müalicə alıram.
Bundan başqa bütün mal varlığım ermənilər tərəfindən oğurlandı.
Sahidə Qurban qızı Ələkbərova:
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı rayonu üç istiqamətdə açılan
atəşlərə məruz qaldı. Biz şəhəri tərk etməli olduq. Ermənilər 9 nəfərlə birgə bizi
Qaraqaya adlanan yerdən girov götürərək Əsgəran polis bölməsinə gətirdilər. Ora
gedən yolda onlar bizim bütün pulumuzu, sənədlərimizi və zinət əşyalarımızı götürdülər.
Bizimlə birgə təxminən 70 qadın və uşaqlar var idi. Ermənilər gənc qızları apardılar və
onlara işgəncələr verdilər. Bir gün onlar mənim 6 yaşlı qızımı da aparmaq istədilər. Mən
buna icazə vermədim və onlar mənə işğəncə verməyə başladılar. Həmin gün anam öz
dini etiqadına görə öldürüldü. Bacılarım Məxmər Hüseynova və Məhbubə Abışova,
onun oğlu Çingiz, qızı Çinarə və qaynım Zöhrab hələ də itkindir. 70 nəfərlə birgə biz iki
erməni cəsədinə görə mübadilə edildik. Rayonun işğalı səbəbindən bizim bütün mal
varlığımız və evimiz ermənilər tərəfindən talan edildi.
Adilə Əli qızı Nəcəfova:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını ələ keçirdilər, bizi isə
şəhəri tərk etməyə məcbur etdilər. Bizimlə birlikdə təxmini 150-200 nəfər var idi.
Meşəyə qaçdıq. Təxminən 200 nəfər silahlı erməni əsgəri bizə atəş açırdı, onların
arasında rus əsgərləri də var idi. Güclü atışmadan sonra 150-200 nəfərdən cəmi 20
nəfəri sağ qala bildi. Ermənilər pulumuzu, qızıl əşyalarımızı əlimizdən alırdılar,
insanların qızıl dişlərini vəhşicəsinə kəlbətinlə çıxarır, qadınların qulaqlarını kəsib
sırğalarını götürürdülər. Atamın və mənim qızıl dışlərimizi çıxardılar. Qonşumuz Cəlalın
arvadını, qızını, oğlunu və onun nişanlısını vəhşicəsinə qətlə yetirdilər. Gözlərimiz
önündə Müşviq adlı oğlanı maşına bağlıyıb arxasınca sürüdülər. Üzü yaranlanmış,
qolları bir neçə yerdən sınmışdı. Öz atası belə cəsədini tanıya bilmədi. Bir gün içində
dəfələrlə vəhşicəsinə döyülürdük. Ermənilərdən Canna adında qadın bizə əziyyət edirdi.
Qarı belə yeməyimizə imkan vermirdilər.
Vüqar Əli oğlu Nəcəfov:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə 23:00 radələrində ermənilər Xocalını işğal
etdilər. O vaxt biz növbədə idik. Ətrafımızı mühasirəyə aldıqlarında Ağdam rayonuna
tərəf qaçmağa çalışdıq. Birlikdə 60-70 nəfər idik, ancaq 20-30 nəfərimiz sağ qala bildi.
Ermənilər bizi bir evə yığıb əzab verirdilər. Aramızda Əhməd adında Özbəkistandan
olan Məsxəti türkü var idi. Əllərini və ayaqlarını bağlayıb başını kəsdilər. Sonra məni
Xankəndiyə apardılar. Orada məni zirzəmiyə atıb əllərimi bağladılar, huşumu itirənədək
məni döymüşdülər. Bıcağı qızdırıb ayaqlarımı dağlayırdılar. Bədənimdə bıcaqdan qalan
bir neçə çapıq izi var. Sonra sarı rəngdə dərman içməyə məcbur etdilər. İndi o dərmanın
nə olduğunu bilirəm. 9 ildir ki, evliyəm ancaq hələ də uşağım olmur. Mənim kimi bir çox
gənc azərbaycanlılara işgəncə edərək həyatımızı bədbəxt etdilər. Bu işgəncələrdən
sonra əsəb xəstəliyindən əziyyət çəkirəm, böyrəklərim tez-tez ağrıyır, ayaqüstdə güclə
dururam. Ermənilər evimizi, mal-mülkümüzu, var-dövlətimizi talan etdilər.
Etibar Əli oğlu Nəcəfov:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə 23.00 radələrində ermənilər Xocalıya hücum
etdilər. Həmin vaxt xidmətdə vəzifə başında idik. Səhər 4:00 – 5:00 radələrində
ermənilər tankdan bizə atəş açdılar. Ciddi yaralandığımdan huşumu itirdim. Ayılanda
atəşin dayandığını gördüm. Ermənilər məni və bir neçə Xocalı sakinini tutub
Xankəndində təcridxanaya gətirdilər və orda bizə işgəncə verdilər. Sol ayağımın ciddi
yaralanmasına baxmayaraq, bir metr uzunluğunda dəmir parçası ilə vuraraq sağ
ayağımı da sındırdılar. Ələsgər adında oğlanın qızıl dişlərini kəlbətinlə sökdülər.
İşgəncələrə dözə bilmədi, elə həmin gecə öldü.
Ordakı insanların çoxu işgəncələrə dözə bilməyərək həyatlarını itirdilər. Şəhəri ələ
keçirdikdən sonra ermənilər evimizi, mal-mülkümüzü, bütün var-dövlətimizi talan etdilər.
Ramil Bilmən oğlu Ələkbərov:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə valideynlərimlə birlikdə Xocalıdakı evimizi
tərk etdik. O vaxt 12 yaşım var idi. Şəhərdən çıxıb meşəyə qaçdıq və orda 6 gün qaldıq.
Ermənilər bizi mühasirəyə alaraq atəş açmağa başladılar. Sol ayağımdan
yaralanmışdım. Ermənilərin 16 gənci öldürüb traktorla quyuya atdıqlarını gözlərimlə
gördüm. Ağdama qaçmağa çalışarkən ermənilər bizi tutdular və vəhşicəsinə atamı
döydülər. Pulumuzu və qızıl əşyalarımızı götürdülər. Sonra Ağdam rayonunda yerləşən
fermaya gətirərək orada 3 gün saxladılar. Ayağım ciddi yaralanmışdı, valideynlərim
qanaxmanı kəsmək üçün iplə möhkəm bağlamışdılar. Ermənilər orda saxladıqları
girovları vəhşicəsinə döyürdülər. 3 gün sonra bizi buraxdılar. Əsirlikdən azad
olunduqdan sonra Ağdam xəstəxanasında müalicə aldım, ayağımda 12 tikiş yeri var.
İndi o gördüyüm işgəncələrdən əziyyət çəkirəm. Hələ də normal yeriyə bilmirəm. Atam
əsir alınan zaman gördüyü işgəncələrin nəticəsidir ki, indi böyrək və qaraciyər
xəstəliyindən əziyyət çəkir.
Asya Müşür qızı Bidzinova:
Əvvəllər Özbəkistanda yaşayırdım. Azərbaycanda sığnacaq tapdıq və Xocalıda
məskunlaşdıq. 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını ələ
keçirdilər. İnsanlar meşəyə qaçmağa başladılar. Biz evin zirzəmisində gizləndik.
Ermənilər zirzəmiyə girərək atəş açmağa başladılar. Ərim də atəş nəticəsində öldü. Ona
yaxınlaşmaq istədiyimdə ermənilər pulemyotun lüləsi ilə arxadan məni vurdular.
Bədənimdə onun hələ də izi var. Azyaşlı uşaqlarla birgə 64 nəfərı Xankəndinə apararaq
3 gün orada saxladılar. 3 gün ərzində bizə bir dilim çörək belə vermədilər. Ermənilər
gənc qızlara təcavüz edir, bizi isə tez-tez döyürdülər.
Mahir İmran oğlu Xəlilov:
1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum etdilər. Evləri
yandırır, günahsız insanları qətlə yetirir, mal-mülkümüzü qarət edirdilər. Biz meşəyə
qaçdıq. Bir gün sonra Ağdamda Abdul-Gülablı kəndinə çatdıq. Orda 30 erməni silahlısı
bizi mühasirəyə alaraq girov götürdülər. Mən, qaynatam, qaynanam, arvadım və iki
qızım birlikdə idik. Uşaqların bir yaşı olmamışdı. Ermənilər bizi girov götürdükdən sonra
vəhşicəsinə döyüb Əsgəran rayonunun Dəhrəz kəndinə apardılar. Orada bir həftə bizi
zirzəmidə saxladılar. Kiçik uşaqların olmasına baxmayaraq plumyetorun lüləsi, dəyənək,
şişlə döyülmüş vəziyyətdə bizi soyuq, ac və susuz saxlayırdılar. Mən kəllə-beyin
travması aldım, sinir sistemim isə tamamən pozuldu. Xocalını tərk edən zaman evimizi,
qızıl əşyalarımı ermənilər qarət etdi. Ermənilər bizi girov götürən zaman pulumuzu belə
aldılar. Martın 3-ü azad edildik. Bizə işgəncə verən ermənilər arasından yalnız
pulemyotun lüləsi, dəyənək və zopa ilə bizi doyən ermənini xatırlayıram.
Dilşad Saday qızı Quliyeva:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını tutdular. Onlar günahsız
insanları öldürür, evləri yandırır, insanların mal-mülkünü talan edirdilər. Xocalının sağ
qalmış sakinləri müxtəlif istiqamətlərə qaçdılar. Biz meşəyə qaçdıq və orada gizləndik.
Naxçıvanik yaxınlığında 4 gün boyunca gizləndikdən sonra təxminən 30 erməni əsgəri
bizi əsir alaraq erməni kəndinə gətirdi. Dondurucu şaxtalı havada onlar bizi ayaqyalın
gəzməyə məcbur edirdilər. Aclıqdan, şaxtadan ölən insanlar var idi. Erməni kəndində
bizi bir zirzəmiyə ataraq vəhşicəsinə döydülər. Gözümün önündə 7-8 azərbaycanlını
güllələyərək qətlə yetirdilər. Sonra bizi Əsgərana apararaq həbsxanaya saldılar. Bizə
yemək və su vermirdilər, vəhşicəsinə döyür, yanan siqaretlə kişi və qadınların bədənini
dağlayırdılar. Bütün pulumuzu, qızıl əşyalarımızı götürdülər. Mənim qızıl boyunbağımı,
saatımı, üzüyümü və sırğalarımı götürdülər. Müqavimət göstərdiyimizdə isə vəhşicəsinə
bizi döyürdülər. Xocalıdan çıxdıqdan sonra ermənilər bütün var-dövlətimizi taladılar.
Evimizi dağıtdılar. Bizi əsir aldıqlarında iki qaynım da bizimlə idi. Onlardan biri Mikayıl
Zahid oğlu Quliyev intihar etdi. Azad Zahid oğlu Quliyev isə ermənilər tərəfindən əsir
götürülərək 28 gün girov saxlanıldı. Əsgəranda bir gün ermənilər məni əsir saxladıqdan
sonra danışıq apararaq məni başqası ilə dəyişmişdilər.
Şəhla Bahatur qızı Səfərova:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə bizi Xocalıdan çıxmağa məcbur etdilər.
Yoldaşım və 5 uşağımla birlikdə meşədə gizləndik. Ermənilər bizi mühasirəyə aldılar.
Naxçıvanik kəndində sol qolumdan yaralandım. Hərəkət edə bilmirdik, hər tərəfdən
mühasirədə idik. Ermənilər bizi Əsgərana apararaq polis bölməsində saxladılar. Yaralı
olduğuma baxmayaraq mənə heç bir tibbi yardım göstərilmədi. Soyuq olsa da bizi
yemək içməksiz pəncərəsi olmayan otaqda saxlayırdılar. Xocalını tərk etdikdən sonra
ermənilər evimizi, pulumuzu, qızıl əşyalarımızı hər şeyimizi taladılar. İki gün sonra məni
əsirlikdən azad etdilər.
Azad Zahid oğlu Quliyev:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk edərək meşəyə sığındıq.
Qardaşım Mikayıl, baldızım Dilşad və əmioğlum Asif də mənimlə birlikdə idi. Qardaşım
Mikayıl girov düşməsin deyə özünü öldürdü. Naxçıvanikə yaxın ərazidə bizi girov
götürdülər. Naxçıvanik, Əsgəran və Noraqexdə girov saxlanıldım. Ermənilər tez-tez bizi
pulemyotların lüləsi ilə döyür, yemək vermir, yanan siqaretlə bədənimizi dağlayırdılar.
Naxçıvanikdə olduğum zaman ermənilər 8 azərbaycanlını qətlə yetirdilər. Əsgəranda
müstəntiq Karen, Noraqexdə isə müstəntiq Samvel yadımdadır. Onlar azərbaycanlıları
amansızcasına döyür, işgəncə verirdilər. 14 gün əsir saxlanıldıqdan sonra digərləri ilə
birgə azad edildik.
Səttar Muxtar oğlu Ağayev:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk etdik. O gün mən növbədə
idim. Evə qayıtdığımda evdə heç kəs yox idi. Meşəyə doğru getdim və ailəmlə orada
görüşdüm. Hava şaxtalı idi. Qarqar çayını keçərkən başdan-ayağa islandıq. On yaşlı
oğlum Vüsalı qucağıma alaraq yola davam etdik. Ancaq oğlum şaxtaya dözə bilməyərək
həyatını itirdi. Ayaqlarım donduğundan mən də hərəkət edə bilmirdim. Bu zaman iki
erməninin mənə yaxınlaşdığını gördüm, onlar məni vəhşicəsinə döyüb əsir aldılar.
Oğlumun cansız bədənini əllərimə götürmək istədim ancaq təpiklə onun cəsədini
itələyərək ona toxunmama izin vermədilər. Məni Dəhrəz və Xankəndində əsir saxladılar.
Zirzəmidə saxladıqları vaxt məndən milli orduda xidmət edən oğlumun olub olmadığını
soruşdular. Onları aldatmağa çalışaraq yox cavabı verdim. Sonra mənə onun
sənədlərini göstərdilər, ancaq yenə də inkar etdim. Məni amansızcasına döyürdülər,
sonra mənə milli orduda xidmət edən oğlum Zahid Ağayevin cəsədini göstərdilər. Onu
qucaqlamaq istədiyimdə məni vəhşicəsinə döydülər və huşumu itirdim. Kəlbətinlə bütün
dişlərimi çıxardılar. Ayağımdakı yaralar çürüməyə başladı. Onlar məni müalicə
etmədilər. 35 gün əsir saxlanıldıqdan sonra azadlığa buraxıldım.
Sərdar Səttar oğlu Ağayev:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk etdik. Silahlı yoldaşlarımla
birgə vətəndaşlara kəndi tərk etməyə kömək etdik. Meşəyə doğru irəliləyirdik. Qəfildən
toqquşma başladı. Dostlarımdan ayrılaraq ermənilərə əsir düşdüm. Amansızcasına
döyüldükdən sonra huşumu itirdim. Ayıldıqda isə toyuq hinində olduğumu gördüm. Bir
erməni əsgəri pulemyotun lüləsi ilə vəhşicəsinə məni döyməyə başladı. Başımdan
vurdu. Gözlərimin önündə hər şey qaraldı və bərbad halda yerə yıxıldığımı hiss etdim.
Ayılanda Abdal-Gülablı kəndində qohumlarımın ətrafında idim.
Sərvər Səttar oğlu Ağayev:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalıdan çıxdıq. O vaxt 12 yaşım var idi. İki
qardaşım və anamla birlikdə idim. 2 gün heç nə yemədən meşədə qaldıq.
Atəş başladıqda ailəmdən ayrılaraq iki erməni tərəfindən əsir götürüldüm, məni Ağbulaq
adlanan yerə apardılar. Orda amansızcasına döyüldüm, 24 saat sonra azadlığa
buraxıldım. Çox qorxmuşdum, hədsiz həyəcanlı idim. Buna görə də tez-tez ürək tutması
baş verir, əsəb xəstəliyindən əziyyət çəkirəm, hərəkətlərimi idarə edə bilmirəm.
Kamil Dadaş oğlu Hüseynov:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalıdan çıxdıq. Həmin gün növbədə idim.
Çətinliklə evə çatdım, evdə heç kəs yox idi. Meşəyə qaçdım, Xocalıdan olan başqa
sakinlərlə birlikdə 3 gün orda qaldım. Hava olduqca şaxtalı və dumanlı idi. Buna görə də
yolu itirmişdik. Ağdam rayonunun Abdal-Gülablı kəndinə getmək istəyirdik. Ancaq
səhvən Dəhrəz kəndinə gəldik. Təxminən 50-60 silahlı erməni əsgəri bizə atəş açdılar.
Bir çoxları elə ordaca həyatlarını itirdi. Məni isə əsir alaraq Xankəndində təcridxanaya
apardılar. Mənimlə bərabər əsir düşənlərin adları hələ də yadımdadır; Niftalin, Səttar,
Səməndər, Məhəmməd, Kamal, Əliş, Əbulfət. Orada saxladıqları vaxt amansızcasına
pulemyot lüləsi ilə bizi döyürdülər. Bundan başqa, adi vətəndaşlara da bizi döymələrinə
icazə verirdilər. Təcridxanada olan müfəttiş Feliks və Artur yaxşı yadımdadırlar. Sonra
bizi Ermənistana, Qorisə apardılar. Yerəvan polis bölməsində saxlanılaraq
amansızcasına şiddətə məruz qaldım. Bizə yeməyə heç nə vermirdilər. Bütövlükdə 6 ay
əsirlikdə qaldım. Sonra Qubaqlıda bizi erməni girovları ilə dəyişdirdilər. İşgəncələrin
nəticəsində mədə-bağırsaq xəstəliyinə tutuldum və sonralar əməliyyat olundum.
Əsirlikdən azad olunduqdan sonra ermənilərin 7 yaşlı qızım Maralı öldürdüklərini mənə
dedilər.
Rahilə Rəşid qızı Hacıyeva:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını ələ keçirdilər. Onlar
günahsız insanları öldürdü, evləri yandırdı, insanların mal-mülkünü talan etdilər.
İnsanları evlərini tərk etməyə, çıxıb getməyə məcbur etdilər. Həmin vaxt yoldaşım
Mustafayev Vidadi Şəfa oğlu döyüşdə iştirak edirdi. Könüllü batalyonda xidmət edirdi.
Evimizi tərk edə bilmədik. Qızlarım Səfayət, Ayşən, oğlum Taleh, baldızım Rahilə,
Xocalı polis bölməsində işləyən Elxanın ailəsi evimizin hamamında gizlənmişdilər. Qar
yağırdı, hava şaxtalı idi. Elxan səhər 4:00-5:00 radələrində evimizə gəldi. Ermənilərin
artıq Xocalını işğal etdiyini dedi. Fevralın 26-sı 11:00 radələrində ermənilər evimizə
basqın edərək bizi əsir götürdülər. Bizi vəhşicəsinə döyürdülər. Qızım Səfayət ağlayırdı:
″Anamı döyməyin″. Ermənilər onu tutaraq ikinci mərtəbədən aşağı atdılar. Diz oynağı
zədələnmişdi. Sonra ermənilər Elxanı döyməyə başladılar. Yoldaşım Vidadinin döyüşdə
yaralandığını, ermənilərin əlinə düşməyək deyə özümüzü öldürməyimiz üçün ona patron
verdiyini dedi. Elxan bunu edə bilmədiyi üçün üzr istədi, ermənilər onu gözlərimiz
önündə döyərək öldürdülər. Ermənilərdən biri onun arvadını götürdü. İki oğlu isə bizimlə
bərabər Əsgəran polis bölməsinə aparıldı. Bizi əsir alan ermənilərdən Şuşakənddən
olan Aşotu tanıdım. Atasının adı Ata idi. Bir həftə bizi Əsgəranda saxladılar. Bizim
aramızda hal-hazırda Gəncədə 9 nömrəli kollecin yataqxanasında yaşayan Dumbay
ləqəbli azərbaycanlı var idi. Onu döyə-döyə apardılar. Qayıtdıqda isə yoldaşımın
zirzəmidə saxlanıldığını dedi, ermənilərin onun gözü önündə bizə işgəncə verərək
öldürməyi planladığını danışdı. Sonra ermənilər bir neçə dəfə məndən o kişinin kim
olduğunu soruşdular. Heç nə cavab vermədiyimdən işgəncə verməyə başladılar.
Armaturu qızdırıb bədənimə dağ basırdılar. Sol qolumu və üst çənəmi bıcaqla kəsdilər.
İzləri hələ də qalır. Sonra yoldaşım Vidadinin 4 azərbaycanlı ilə birgə döyüşdə 20 yaşlı
qardaşı öldürülmüş erməni tərəfindən qəbirstanlığa aparıldığını, orada başı kəsildiyini
öyrəndim.
Baldızım Rahilə Mustafayeva da girov saxlanıldı. 25 yaşı var idi. Bir neçə dəfə
ermənilərin təcavüzünə məruz qaldıq. Bizi pulemyot lüləsi, dəyənəklə amansızcasına
döyür, yemək vermirdilər. Ermənilərdən Karo adlı bir kişi bizə işgəncə verirdi. O
digərlərindən daha zalım idi. Əsirlərin qollarını, ayaqlarını bağlayır, dəyənəklə döyüb
sümüklərini sındırırdı. Yanan siqareti onların gözünə, bədəninə dağlayır, qadınlara
təcavüz edirdi. Həmişə hərbi formada idi. Ermənilər bütün pulumuzu, qızıl əşyalarımızı
və sənədlərimizi aldılar. Baldızım Rahilə ağır xəstələndi. Işgəncələrdən qanaxması
olmuşdu. Əsirlikdən azad olunana kimi onu sağ saxlamaq çətin idi. Bizi soyuqda,
yemək-içməksiz saxlayırdılar. Uşaqlar da xəstələndi. 7 gün sonra erməni əsirlərlə bizi
dəyişdilər. Azad olunduqdan sonra müalicə almalarına baxmayaraq baldızım Rahilə və
qızım Səfayətın həyatını xilas etmək mümkün olmadı. Qızım Səfayət 22 yaşında vəfat
etdi, Ayşən və Taleh isə daimi olaraq həkim nəzarətindədirlər. Özüm əməliyyat
olundum. Kəllə-beyin travması aldığımdan tez-tez baş ağrısından əziyyət çəkirəm.
Elmira İsgəndər qızı Vəliyeva:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalıya basqın etdilər. Evləri
yandırır, günahsız insanları öldürürdülər. Meşəyə güclə qaçaraq 5 gün orda qaldıq.
Hava olduqca şaxtalı idi. Soyuqdan donmuşduq. Bu vəziyyətdə əsir götürülərək bir neçə
gün girov saxlanıldıq. Sonra bizi erməni əsirlərlə dəyişdirdilər. Əsgəranda qaldığımız
günlərdə bizi dəyənəklə amansızcasına döyürdülər. Ermənilər üzüyümü, boyunbağımı,
sırğalarımı, bütün pulumu əlimdən aldılar. İşgəncələrin nəticəsdir ki, tez-tez baş
ağrılarım olur, əsəb xəstəliyindən əziyyət çəkirəm.
Güloyşə Bəxtiyar qızı Məmmədova:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalını tərk etdik. Oğlum Fərhadla birlikdə
meşəyə sığındıq. Meşədə 3 gün qaldıqdan sonra Gilinbağ ərazisində əsir alınaraq
Əsgərən polis bölməsinə aparıldıq. Orada 10 gün qaldıq. Bizi vəhşicəsinə döyür, yemək
vermir, bir çox gənc qadınlara işgəncə verərək təcavüz edirdilər. Pulemyot lüləsi, dəmir
parçaları, dəyənəklə döyülürdük. 10 gün əsirlikdə qaldım. Əsirlikdə aldığım zədələrin
əzabını hələ də çəkirəm. Kəllə-beyin travması aldım. Yuxu dərmanları olmadan yata
bilmirəm. Tez-tez kəskin baş ağrılarım olur. Böyrək və mədə-bağırsaq xəstəliklərindən
əziyyət çəkirəm.
Sənəm Həsən qızı Abdullayeva:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə atam, anam, bacılarım Xədicə, Təzəgül,
Lətafət, qızlarım Vüsalə, Xəyalə və qardaşım oğlu Ruslanla birlikdə Xocalını tərk etdik.
Meşəyə qaçdıq ancaq atam, anam və bacım Lətafət orada həyatlarını itirdilər. 4 gün
boyunca meşədə gizləndik. Sonra Pircamal kəndi yaxınlığında ermənilər tərəfindən əsir
götürülərək 300 Xocalı sakini ilə birlikdə tövlədə saxlanıldıq. Əsir altında olduğumuz
zaman silahlı erməni əsgərləri Faiq Əliməmmədovu və İsmayılı öldürdülər. Ermənilər
bizi pulemyot lüləsi və dəyənəklərlə döyür, ac saxlayırdılar. Bir gün sonra biz azad
edildik.
Fərman Qəzənfər oğlu Məmmədov:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını ələ keçirdi. Bizi doğma
torpağımızdan çıxmağa məcbur etdilər. O vaxt 10 yaşım var idi. Digər kənd camaatı ilə
birlikdə anam və mən meşəyə qaçdıq.
Heç nə yeyib içmədən 3 gün dondurucu soyuqda qaldıq. Sonra ermənilərə əsir düşdük.
Bizi vəhşicəsinə döyərək Əsgəran polis bölməsinə gətirdilər. Orada bizi zirzəmidə 10
gün boyunca saxladılar. Orada təxminən 20-30 adam var idi. Həbsxana gözətçiləri hər
gün bizi polad dəyənəklə döyür, gənc qadınlara təcavüz edirdilər. Qida təminatımız da
yox idi. O vaxt uşaq idim, qorxudan ağladığımda ermənilər məni yerə yıxaraq təpiklə
döyürdülər. Buna görə də böyrəklərim xəstədi. 10 gün sonra azad edildik. 1996-cı ilə
qədər tibbi müalicə aldım. Ermənilər evimizi, bütün mal-mülkümüzü taladılar.
Sevil Mürsəl qızı Abdulova:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalını işğal etdilər. Ailəm –
yoldaşım və 3 uşağımla birlikdə meşəyə qaçdıq. Ermənilər bizi mühasirəyə aldılar.
İnsanların çox olduğu istiqamətə doğru atəş açmağa başladılar. 12 yaşlı oğlum Ceyhun
və mən yaralandıq, sonra Agdam rayonu yaxınlığında Qaraqaya adlanan yerdə digər
ailə üzvlərindən ayrıldıq. Orada iki silahlı erməni əsgəri tərəfindən əsir alındıq.
Xankəndindən Gülli adında qadın və oğlu da bizimlə idi. Qadın bütün pulunu yandırdı.
Ermənilər bunu görən zaman hər ikisini öldürdü. Çantamdan pulu və qızıl əşyalarımızı
götürdülər. Sonra Xankəndində bir evə gətirərək bizi orda 3 gün saxladılar. Ev sahibinin
adı Sarkis idi. Oğlu Karlen Ayrumyan azərbaycanda həbsxanada idi. Sonra ermənilər
bizi Əsgəranda onun oğluna dəyişdilər.
Fatma Həsən qızı Zamanova:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalının işğalından sonra ailəmlə müxtəlif
istiqamətlərdə qaçdıq, mən bombardmandan qorunmaq üçün düzəldilən zirzəmidə
gizləndim. Orada təxminən 100 nəfər qadın, kişi, uşaq və böyük var idi. Bir müddət
sonra erməni və rus əsgərləri bizi taparaq pulemyot lüləsi ilə vəhşicəsinə döyməyə
başladılar, insanları təpikləyərək zirzəmidə sürüyürdülər. Yoldaşım Novruz Qulu oğlu
Zamanovun cansız bədənini görən zaman ona yaxınlaşmaq istədim ancaq erməni
əsgəri məni gördükdə ayağı ilə itələyərk geri yıxdı. Sonra bizi Mehdi kəndinə gətirdilər.
Orada azərbaycan əsgərlərini soyunduraraq gözümüzün önündə güllələdilər, bədən
hissələrini kəsir, bir-birinə atırdılar. Hamilə qadının qarnını kəsərək uşağı çıxardıb
gülləliyərək parça-parça edirdilər. Azərbaycan qadınlarının oğlan uşaqları dünyaya
gətirmələrinə imkan verməyəcəklərini deyirdilər, çünki bir gün silahlarını götürüb
erməniləri öldürmək üçün geri dönə bilərlər. Qadınların qarınlarına şüşə butulka qoyub
çəkiclə içəri salırdılar, sonra mədələrinin üstündə tullanaraq butulkaları qırırdılar, köhnə
qaloşları qarınlarına salırdılar. Çirkin görsənsinlər deyə qızların saçlarını kəsirdilər.
İçimizdən 50 qız seçərək təcavüz etməyə apardılar. Ermənilər kişiləri soyundurur, qızları
ilə cinsi əlaqədə olmağa məcbur edir, etiraz etdikləri halda isə başlarını kəsməklə
hədələyirdilər. Bizə işgəncə verənlərin adlarını dəqiq xatırlamıram. Xankəndində bir
binanın zirzəmisində sağ qalmış adamları bizim zirzəmiyə gətirdilər, işgəncələr hələ də
davam edirdi. Mən 1992-ci il Martın sonunda azad edildim.
Şahnaz Yusif qızı Behbudova:
1992-ci il, fevralın 25-dən 26-a keçən gecə Xocalı ələ keçirildi. Qayınatam Şura
Paşayev, qayınanam Kübra Paşayeva o vaxt bizimlə bərabər idi. Qarqar çayını
keçdikdən sonra Naxçıvanik kəndi yaxınlığında övladlarımızla birgə meşəyə qaçaraq
Ağdama doğru irəlilədik. Ancaq Əsgəran rayunu ilə Ağdam rayonu arasında yerləşən
qəbrstanlığa çatdıqda ermənilər bizi mühasirəyə aldı və pulemyotlardan atəş açmağa
başladılar. İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başladı. Şəhərdən təxminən 100
qadın, uşaq və yaşlı adamlar var idi. Yoldaşım Elşən Şura oğlu Paşayev və qayınatam
Şura Paşayev digərləri ilə birlikdə atışmada həyatlarını itirdilər. Çayın yatağındakı
atışmada sağ qalanları sıraya düzərək qumbara atmağa başladılar. Yalnız çalaya doğru
qaçmağa çalışan 9 kişi yaralanaraq sağ qala bildi. Qayınanam Kübra sol əlindən iki
güllə ilə yaranlanmışdı, mənim isə ayağım sıyrıldı. Qonşularımız Elbrus, İslam, Vüqar,
Gülnaz, Sürəyyə (sonra vəfat etdi) sağ qaldılar. Ermənilər bizi yenidən sıraya düzərək
müxtəlif əşyalarla vurmağa, söyüş söyməyə başladılar, sonra isə Əsgərən rayon polis
bölməsininin zirzəmisinə atdılar.
Orada qadınları kişilərdən ayrı saxlayırdılar. Bizim zirzəmidə təxminən 40-50 nəfər
yaralı qadın və uşaq var idi. İşgəncələr dəhşət idi. Qadınların qolunu, burnunu,
qulaqlarını kəsir, su, yemək vermirdilər, uşaqlar ağlayır, yaralı insanlar inildəyirdilər.
Bəzən ermənilər hücrəmizə gəlir, gözəl və gənc qadınları özləri ilə aparırdılar, onlar
qayıtdıqda isə təcavüzə uğradıqlarını anlayırdıq. Sonradan bir neçə qızın hələ də
buraxılmadığını eşitdim. Qızların anaları onlarla getmək istədiklərində isə huşlarını
itirənədək döyülürdülər. Ermənilər bütün qızıl əşyalarımızı aldılar. Bütün bu işgəncələr
növbəti günədək davam etdi. Azərbaycan ərazisinə 1992-ci il, fevralın 27-si gətirildik.
Azərbaycan Respublikası Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işinin
qeydləri əsasında hazırlanmışdır.

Son Güncelleme : 30 Aralık 2019

Milli Güç

Milli Güç

Bu konuyla ilgili yorumunuzu yazın